Sabunçu rayonu Ramana qəsəbəsində Novruz şənliyi keçirildi.

15.03.2017-ci il tarixdə Sabunçu rayonu Ramana qəsəbəsində Novruz şənliyi keçirildi.Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, icra nümayəndələri, bələdiyyə sədrləri və qəsəbə sakinləri iştirak etdilər.Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qəsəbə sakinlərini salamlayaraq onları baharın gəlişi münasibətilə təbrik etdi, sülh,əmin-amanlıq, ruzi və bərəkət dolu il arzuladı. Sonra qəsəbə mədəniyyət işçilərinin və məktəblilərin hazırladıqları bayram əhval-ruhiyyəli proqramla tədbir iştirakçılarını sevindirdilər.78№ i tam orta məktəbin rəhbərliyi və şagirdləri də bu tədbirdə iştirak etdilər.Novruz personajları Kosa və Keçəlin mərasimə gəlməsi isə bayram tədbirini daha da rövnəqləndirdi. Keçəl və Kosa çıxışlarının sonunda Bahar qızını mərasimə dəvət etdilər. Çıxışlarda Novruz bayramı, bayrama aid bayatılar, şeirlər səsləndi. Sonda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ənənəvi olaraq çərşənbə tonqalını yandırdı.