"Ana dilimizi sevək,sevdirək"

21.02.2017-ci il tarixdə Nərgiz Xanməmmədovanın rəhbərlik etdiyi IA sinfində "Ana dili günü" nə həsr edilmiş "Ana dilimizi sevək,sevdirək" adlı tədbir keçirildi.Tədbirin məqsədi kiçik yaşlılara ana dilimizin şirinliyini öyrətmək,ana dilimizi sevdirmək,ana dilimizi öyrənməyə borclu olduğumuzu aşılamaqdır.Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, inkişaf etdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm,bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur.