“Təhsil ağılın simasıdır”

İstedadlı şagirdlərin müəyyən edilməsi, məktəblərarası dostluq əlaqələrinin möhkəmləndirilməsi məqsədilə 14 yanvar 2017-ci il tarixində Dünya məktəbində Bakı şəhəri üzrə VI, VII, VIII sinif şagirdləri arasında “Təhsil ağlın simasıdır” adlı növbəti Riyaziyyat fənn olimpiadası təşkil olundu. Olimpiadada 78 № li məktəbi VIb sinif şagirdi Rəna Hüseynova təmsil etdi və III yerə layiq görüldü. “Təhsil ağılın simasıdır” adlı Riyaziyyat fənn olimpiadasında qaliblərin mükafatlandırılması 26.01.2017-ci il tarixdə təşkil olundu.