Heydər Əlirza oğlu Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir

Məktəbimizin akt zalında Ulu öndər Heydər Əliyevin 100 illik yubileyinin qeyd edilməsi məqsədilə tədbir keçirildi. Tədbirdə Dövlət Himni səsləndirilib. Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şagirdlər şeir, rəqs nümunələri ilə çıxış etdilər. Həmçinin şagirdlərin Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş təqdimatları nümayiş etdirildi. Daha sonra məktəb daxilində Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş şeir, rəsm, inşa müsabiqəsində qalib olan şagirdlər diplomlarla təltif edildilər.