BURAXILIŞ SİNİFLƏRİNİN MONİTORİNQİ

BURAXILIŞ SİNİFLƏRİNİN MONİTORİNQİ DAVAM EDİR.13.01.2017 tarixdə 9-cu siniflərdə riyaziyyat və ana dili fənnindən I mərhələ imtahanına uyğun test yoxlaması həyata keçirildi. Məktəbin Fəaliyyət Planının 1.1.3.3 və1.1.3.7- ci bəndlərinə müvafiq olaraq 9-cu siniflərin ana dili və riyaziyyat fənləri üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji-psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi məqsədilə buraxılış siniflərində sınaq qiymətləndirilməsinin aparılması davam edir.