DAYANIQLI İNKİŞAF MƏQSƏDLƏR

06.04.2023 - cü il tarixdə "DAYANIQLI İNKİŞAF MƏQSƏDLƏRİ-4 , 5 " mövzusunda dəyirmi masa keçirildi. Tədbir zamanı ilk öncə 17 Dayanıqlı İnkişaf Məqsədləri arasında yer tutan 4-cü məqsədi

"Keyfiyyətli Təhsil" ilə bağlı məlumat verildi.

Qeyd edildi ki, keyfiyyətli təhsil almaq insanların həyatını və dayanıqlı inkişafı yaxşılaşdırmaq üçün əsasdır.Eyni zamanda Azərbaycanda qeyri-formal təhsilin inkişaf etdirilməsi üçün geniş imkanlar yaradılmışdır.

Daha sonra 17 Dayanıqlı İnkişaf Məqsədləri arasında yer tutan 5-ci məqsəd

"Gender Bərabərliyi" mövzusunda söhbətlər aparılaraq vurğulanmışdır ki, gender bərabərliyi yalnız əsas insan hüququ deyil, sülh, rifah və dayanıqlı dünya üçün zəruri olan bir təməldir.

Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınların hüquq və imkanlarının genişləndirilməsidir.

Şagirdlər mövzu ətrafında müzakirələr aparıb, fikir bildirdilər.

"Heç Kəs Kənarda Qalmasın "

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi