Əziz müəllimim

05.10.2016 -cı il tarixdə Müəllim Gününə həsr olunmuş "Əziz müəllimim" adlı tədbir keçirildi.Tədbir məktəbin direktoru Murad Zeynalovun çıxış nitqi ilə başladı. O bütün məktəb kollektivini təbrik etdi. Murad Zeynalov öz çıxışında Azərbaycan prezidenti İlham Əliyevin dəstəyi təhsil sahəsində apardığı islahatlardan danışdı. O həmçinin milli,mənəvi dəyərlərə əsaslanan yeni təhsil sisteminin yaradılmasının əhəmiyyətini vurğulandı. Tədbir şagirdlərin hazırladıqları şeir,mahnı və rəqs nömrələri ilə davam edildi.