Nizami Gəncəvi irsinin təbliği

   Məktəb kitabxanalarında Nizami Gəncəvi irsinin təbliği və əsərlərinin müzakirəsi istiqamətində məktəbin kitabxana müdiri Yeganə Quliyevanın təşkilatçılığı ilə "Dəyirmi masa" təşkil edildi.

Dəyirmi masada 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsinin dövlətimiz tərəfindən tarixi şəxsiyyətlərimizə, klassik mədəniyyətimizə verilən yüksək dəyərin bariz nümunəsi olduğu vurğulandı.

Bildirildi ki, Nizami yaradıcılığı poeziyanın parlaq səhifələri olaraq, zəngin dünyagörüşü və biliklər zirvəsidir. Dahi şairin sönməz yadigarına uyğun olaraq, onu yalnız söz ustası kimi tanımaq ədalətsiz olardı. Dünya ədəbiyyatının 5 ən görkəmli dahi şairi sırasına daxil edilən böyük Nizami gözəl elmşünas və alim idi. Nizaminin bilikləri zamanına uyğun olan ən yüksək təbiətşünaslıq və həndəsə, kosmologiya və musiqişünaslıq, psixologiya və etnoqrafiya, dərin ilahiyyat nümunələri idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi