Nizami Gəncəviyə həsr edilmiş sinif təşkilat saatı

  Məktəbin ibtidai sinif müəllimi Elza Abdullayevanın 3"A" sinfində Nizami Gəncəviyə həsr edilmiş sinif təşkilat saatı keçirildi.

Sinif təşkilat saatında Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən biri olduğu barədə ətraflı məlumat verildi,

Qeyd edildi ki, nəhəng sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi əsrlərdən bəri Şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yerini qoruyub saxlamaqdadır.

Şagirdlərin iştirakı ilə şairin əsərlərindən səhnəciklər nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi