"Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi"nə virtual səyahət

  Məktəbin tərbiyə işləri üzrə direktor müavini Xeyrulla Haqverdiyevin təşkilatçılığı ilə 8"B" sinfində "Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi"nə virtual səyahət təşkil edildi.

Qeyd edildi ki, 70 ildən artıqdır ki, dünyada yeganə ədəbiyyat muzeyi sayılan bu müqəddəs söz sarayı Azərbaycan xalqının qədim mədəniyyətinin, zəngin ədəbi irsinin təbliğatçısı olmaq kimi şərəfli missiyanı həyata keçirir.

Muzeyin müasir dünya standartlarına cavab verən, yenidən qurulmuş, tam kompüterləşdirilmiş, innovativ vasitələrlə zənginləşdirilmiş ekspozisiyasında Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri öz əksini tapmışdır.

Dünyanın hər yerindən Azərbaycana gələn qonaqlar Ədəbiyyat Muzeyini məmnunluq hissilə ziyarət edirlər. Ekspozisiyada nümayiş olunan qədim əlyazmaları, maddi-mədəniyyət nümunələri, rəsm əsərləri, xalçalar, nadir çap kitabları, nəfis miniatürlər, məşhur xəttatların əlyazmaları, numizmatika nümunələri, yazıçıların xatirə əşyaları, sənədli foto-şəkillər, heykəltaraşlıq nümunələri, xəritələr, tətbiqi sənət nümunələri qonaqların diqqətini cəlb edən eksponatlardır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi