Növbəti uğur

    Sabunçu rayonu Mərkəz “Kiçik Akademiya”nın, YAP Sabunçu Rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə “Kiçik Akademiya”ların Tarix və Coğrafiya kafedraları üzrə “Türk dünyasına baxış-Azərbaycan türk dünyasının incisi” adlı təqdimat müsabiqəsinin nəticələri bəlli olmuşdur.

  Nəticələrə əsasən məktəbimizin 8"B"sinif şagirdi Atakişizadə Əfruzə Natiq qızı II yerə layiq görülmüşdür.

  Şagirdimizi təbrik edir, uğurlar arzulayırıq !

  Qeyd edək ki, müsabiqədə 40-a yaxın məktəbdən şagirdlər iştirak etmişdir.