"eTwinning Plus” layihəsi çərçivəsində fəaliyyətimiz davam edir

Məktəbin ibtidai sinif müəllimi Lalə İbadovanın 3"B" sinfi fevral ayından etibarən "eTwinning Plus” layihəsi çərçivəsində 1Şehir 1Efsane-1 City 1 Myth layihəsində həmkarları ilə ortaq layihələr icra etmək, ünsiyyət qurmaq, əməkdaşlıq etmək, təhsil layihələri yaratmaq, icra etmək və Avropada ən maraqlı öyrənmə icmasının bir hissəsi olmaq imkanı əldə edirlər.
Beləliklə, şagirdlərə yeni bilik və bacarıqları daha maraqlı, əyləncəli və səmərəli yolla əldə etməyə kömək edən virtual layihələr yaradılır.
Vacib məqamlardan biri isə odur ki, layihədə şagirdlər avropalı həmyaşıdları ilə təcrübə və fikir mübadiləsi aparmaq və onların adət-ənənələri, həyat tərzləri, mədəniyyətləri ilə tanış olmaq, öz məktəblərini, rayon, şəhər və ölkələrini təmsil etmək fürsəti qazanırlar.
İbtidai sinif müəllimi Lalə İbadovaya və 3"B" sinfinə layihədə uğurlar arzu edirik!