VI Respublika fənn müsabiqəsində növbəti uğur

  Məktəbimizin 6-ci sinif şagirdləri Mustafayev Ramal Rəşad oğlu və Qəhrəmanova Dəniz Elçin qızı VI-VII sinif şagirdləri arasında keçirilən VI Respublika fənn müsabiqələrinin rayon (şəhər) mərhələsində riyaziyyat fənni üzrə iştirak edərək növbəti mərhələyə vəsiqə qazanmışlar.

Şagirdlərimizi təbrik edir, uğurlarının davamlı olmasını diləyirik!

Qeyd edək ki, Riyaziyyat, informatika, fizika, kimya və biologiya fənləri üzrə keçirilən bilik yarışının ilkin mərhələsində 22531 şagird iştirak etmişdir.

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, müvafiq fənlər üzrə iştirakçıların 20 faizi növbəti final mərhələsində iştirak hüququ əldə ediblər.

Fənn müsabiqələrinin keçirilməsində əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması və onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir. Fənn müsabiqəsi qalibləri beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə dinləyici qismində dəvət ediləcək, eyni zamanda müvafiq ixtisaslar üzrə liseylərə müsabiqədənkənar qəbul olma imkanına sahib olacaqlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi