"Xocalıya gedən yol" adlı sinif təşkilat saatı

  Fevralın 26-da məktəbin ibtidai sinif müəllimi İslamova Nuranənin 3"C" sinfində Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilmiş "Xocalıya gedən yol" adlı sinif təşkilat saatı keçirildi.

Xocalı soyqırımına həsr edilmiş şeirlər söylənildi, faciəni əks etdirən videolar nümayiş olundu.

Məqsəd vətənimizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.