İlk dərslər Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edilir

Fevralın 26-da məktəbin ibtidai sinif müəllimi Lalə İbadovanın 3"B" sinfində ilk dərs Xocalı soyqırımının iyirmi doqquzuncu ildönümünə həsr edildi.
Xocalı soyqırımına həsr edilmiş şeirlər söylənildi, faciəni əks etdirən videolar nümayiş olundu.
Məqsəd vətənimizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.