“Şəhid olsam ağlamayın, əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim”-Mübariz İbrahimov

  Fevralın 8-də məktəbin ibtidai sinif müəllimi Nərgiz Xaməmmədovanın 1"A" sinfində Azərbaycan əsgərinin qəhrəmanlıq rəmzi-cəsurluq, igidlik, mərdlik nümayiş etdirən Mübariz İbrahimovu yad etmək məqsədilə sinif təşkilat saatı keçirildi.

Sinif saatında Milli Qəhrəmanın keçdiyi döyüş yolundan, ölkənin ərazi bütövlüyü və suverenliyi uğrunda göstərdiyi şücaəti barədə məlumat verildi.

Sinif təşkilat saatının keçirilməsi şagirdlərdə vətənpərvərlik hissinin aşılanması və Milli Qəhrəmanın xatirəsinə verilmiş yüksək dəyərin göstəricisidir.