Sinif təşkilat saatı keçirilib

Məktəbin ibtidai sinif müəllimi İlhamə Quliyevanın 4"C" sinfində 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr edilmiş sinif təşkilat saatı keçirildi.
Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliğidir.