"20 Yanvar-Qan yaddaşımız" adlı xüsusi dərs

Yanvarın 19-da məktəbin ibtidai sinif müəllimi Elza Abdullayevanın 3"A" sinfində 20 Yanvar faciəsinin otuz birinci ildönümünə həsr edilmiş "20 Yanvar- Qan yaddaşımız" adlı xüsusi dərs keçirildi.
Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Qeyd edildi ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının milli oyanışından, azadlıq və müstəqillik mücadiləsindən xəbər verən tarixi bir gerçəklikdir,xalqımızın verdiyi qurbanlara, yaşadığı qanlı faciəyə baxmayaraq, 20 Yanvar təkcə faciə günü yox, eyni zamanda tariximizin şərəfli səhifəsi olmaqla mübarizlik və qəhrəmanlıq nümunəsidir.
Dərsin keçirilməsində əsas məqsəd azadlıq mübarizəsinin tarixi səhifələrindən olan 1990-cı il 20 Yanvar hadisələrini, xalqımızın nümayiş etdirdiyi vətən, torpaq, bayraq və azadlıq eşqini bir daha xatırlamaq, gələcək nəsillərə ötürməkdən ibarətdir.