Müzakirələr davam edir

Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-512 nömrəli "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” əmrinin Fəaliyyət Planını təmin etmək məqsədilə məktəbin tarix müəllimi Sevda Şərifovanın təşkilatçılığı ilə 6"A" və 7"A" siniflərində Qarabağ və işğaldan azad olmuş digər bölgələrin (yaşayış məntəqələrinin) tarixi, mədəni abidələri, dini ibadətgahları haqqında dərs keçirildi.
Məqsəd vətənpərvərlik hissinin böyüməkdə olan gənc nəslə aşılanması, onların vətənpərvərlik ruhunda tərbiyəsi və tariximizi düzgün təbliğ etməkdən ibarətdir.