Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş sinif təşkilat saatı

   Məktəbin ibtidai sinif müəllimi Kəmalə Səfərovanın 2"A" sinfində Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş sinif təşkilat saatı keçirildi.

Sinif saatında dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən danışıldı.

Bildirildi ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri var. Azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyev öz müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində müasir Azərbaycan dövlətinin qurulmasına və xalqımızın müstəqillik arzusuna çatmasına nail olmuşdur. Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan özünün geostrateji, iqtisadi və mədəni potensialından istifadə edərək, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik inkişaf edən ölkələrindən birinə çevrilmişdir.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi