Sinif təşkilat saatları davam edir

Məktəbin ibtidai sinif müəllimi Elza Abdullayevanın 3"A" sinfində sinif təşkilat saatı keçirildi.
İlk öncə torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla ehtiramla yad edildi.Onların qəhrəmanlıqlarından geniş söhbət açıldı.
Daha sonra vətənpərvərlik ruhunda şeirlər səsləndirildi, təqdimatlar nümayiş olundu.
Məqsəd şagirdlərdə Vətənə məhəbbət hissini daha da qüvvətləndirmək, vətənpərvərliyin məzmununu onlara düzgün çatdırmaq, Vətən övladlarını daima qəlblərdə yaşatmaqdır.