"Şəhidlər ölməz" mövzusunda sinif təşkilat saatı

Məktəbin ibtidai sinif müəllimi Lalə İbadovanın 3"B" sinfində sinif təşkilat saatı təşkil edildi.
Sinif saatında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladları hörmət və ehtiramla yad edildi, şəhidlərimizə həsr olunmuş videoçarxlar nümayiş olundu.
Bildirildi ki, şəhidlərin qanı bahasına əldə olunan milli müstəqilliyimiz daim qorunmalı, eləcə də onların xatirəsi əziz tutulmalıdır.