Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-512 nömrəli "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” əmrinin Fəaliyyət Planını təmin etmək məqsədilə tədbirlər davam edir

Məktəbin riyaziyyat müəllimi Aynur Zeynalovanın 11"A" sinfində "44 günlük müharibənin Azərbaycan xalqına hansı mənəvi-siyasi mənfəət qazandırması" mövzusunda müzakirələr aparıldı.
Qeyd edildi ki, Azərbaycan xalqı “Öncə Vətən” deyib, öz dövlətinin lideri ətrafında birləşdi.
Müharibənin ilk günündən şəhidlər verməyimizə baxmayaraq (itkisiz qələbə mümkün deyil), xalqımız qələbə əzmi ilə coşub-daşdı.
Müharibənin ilk günlərindən Azərbaycan xalqının ruhu dirçəldi, qaməti dikəldi.
Azərbaycan Ordusu şanlı hərb tarixi yazdı. Dünya gerçək bir mənəvi və hərbi döyüşün şahidi oldu. Azərbaycanlı döyüşçü döyüş meydanında həlak olan və yaralanan çiyindaşını döyüş meydanında qoyub qaçmadı, “şəhidlik alnımıza yazılıb “ deyib sonacan meydanda oldu. Dünyanın məşhur hərb mütəxəssisləri Azərbaycan Ordusunun döyüş taktikasını ilk gündən alqışladı və Şuşanın alınmasını isə xüsusi olaraq araşdırmaya cəlb etdi.
44 günlük müharibə kimin kim olduğunu ortaya qoydu. Azərbaycan Ordusu dinc insanlara qarşı silah işlətmədi, onun qarşısında aciz qalan hay sürüsü isə cəbhə xəttindən çox-çox uzaqda yaşayan mülki əhalini qadağan olunmuş silahlarla bombardman etdi. Bu humanist addım da Azərbaycan insanın böyük mənəviyyatını bir daha əyani formada təsdiqlədi.
Dünya hay sürüsünün qorxaq, xəbis və xain olduğunu əyani şəkildə gördü. Dünya hay sürüsünün döyüş meydanını iriçaplı silahları, top –tank və digər silahları ataraq qaçdığını müşahidə etdi.
Dünya dövlətləri düşmən liderinin (ona lider demək olarsa) iniltili yalvarışlarının şahidi oldular.
Az-çox ağlı başında olan bir neçə erməni (nə vaxtsa bir mənbədən oxumuşam ki, hay qövmü ilə erməni tayfası fərqlidir, sonradan hibridləşiblər) Qarabağın hay torpağı olmadığını bəyan etdi.
Azərbaycan xalqının dost-düşməninin kim olduğunu bir daha bildik.
Dilibir, dinibir, canıbir, qanıbır qardaşımızın kim olduğunu bir daha gördük.
Azərbaycan Ordusu zəfər çaldı. Eşq olsun Azərbaycan ordusuna! Yaşasın Azəbaycan! QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!