"Qarabağ Azərbaycandır!" mövzusunda sinif təşkilat saatı

   Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-512 nömrəli "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” əmrinin Fəaliyyət Planını təmin etmək məqsədilə məktəbin ibtidai sinif müəllimi Nərgiz Xaməmmədovanın 1"A" sinfində "Qarabağ Azərbaycandır!" mövzusunda sinif təşkilat saatı təşkil edildi.

   Sinif təşkilat saatında torpaqlarımızın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

   Qeyd edildi ki, vətən oğulları öz igidlikləri, şücaət və rəşadətləri ilə xalqımıza başucalığı gətirdilər. Qəhrəman döyüşçülərimizin xalqımıza yaşatdığı qələbə sevincindən geniş söhbət açıldı, şəhidlərimizə həsr olunmuş videoçarxlar nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi