"Torpaq uğrunda ölən varsa, Vətəndir!" mövzusunda sinif təşkilat saatı keçirilib

 

      Məktəbin ibtidai sinif müəllimi Səfərova Kəmalə Gülməməd qızının 2"A" sinfində Azərbaycan Respublikası Təhsil Nazirliyinin F-512 nömrəli "Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” əmrinin Fəaliyyət Planını təmin etmək məqsədilə şəhidlərin həyat və mübarizəsinə həsr edilmiş sinif təşkilat saat keçirildi.

      Təşkilat saatı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı.

       Daha sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü yolunda canlarından keçmiş şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi.

       Onların həyat və mübarizəsini əks etdirən təqdimatlar nümayiş olundu, şeirlər səsləndirildi.

        Şagirdlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğuladılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi