15 Sentyabr-Bilik günüdür

15 sentyabr tarixindən etibarən Covid-19 koronavirus pandemiyası ilə əlaqədar I-IV siniflərdə əyani və distant, V-XI siniflərdə isə distant təhsilə başlanıldı. İlk dərs günü məktəbdə ölkə ərazisində tətbiq olunan karantin rejiminin bütün qaydalarına riayət olundu.
İlk dərs məşğələləri I-IV siniflərdə "Gigiyena qaydalarına necə əməl edirəm.", V-IX siniflərdə "Müstəqil öyrənmə bacarığı müasir dövrün tələbidir.", X- XI siniflərdə "Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir." mövzularına həsr edildi.