İnfeksion xəstəliklərdən necə qorunmaq olar mövzusunda maarifləndirmə aparılır

Məktəbimizin biologiya müəllimi Elşad Əliyev ayrı-ayrı siniflərdə infeksion xəstəliklər və onlardan necə qorunmaq olar mövzusunda maarifləndirici söhbətlər aparmışdır. Müəllim bu qəbildən olan virus və mikroblar haqqında məlumat verərək şagirlərin diqqətinə çatdırlmışdır ki, infeksion xəstəliklərdən qorunmaq üçün şəxsi gigiyena qaydalarına xüsusi diqqət yetirilməli, immun sistemini gücləndirən qidalar qəbul etməliyik.
Əlləri vaxtaşırı sabun və su ilə yumalı, spirt tərkibli təmizləyicilərdən istifadə etməli, öskürərkən və asqırarkən ağız və burunu dəsmal, və ya dirsək bükümüylə bağlamalı, ət və ət məhsullarını və digər qidaları tam bişirməli, canlı vəhşi və ferma heyvanlarla təmasdan çəkinilməlidir. Bu qaydalara əməl etməklə infeksion xəstəliklərdən müdafiə olunmaq mümkündür.