İlk dərslər Xocalı soyqırımının 28-ci ildönümünə həsr edildi

Fevralın 26-da Tədbirlər Planına əsasən məktəbin ibtidai sinif müəllimi Kəmalə Səfərovanın 1"A" sinfində ilk dərs Xocalı soyqırımının 28-ci ildönümünə həsr edildi.
Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, Ümumxalq hüzn günlərinin keçirilməsidir.