Sinif təşkilat saatları Xocalı soyqırımına həsr edilib

Fevralın 26-da Xocalı soyqırımına həsr edilmiş sinif təşkilat saatları keçirildi.
Məqsəd vətənimizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.