"Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya keçirilib

Fevralın 25-də məktəbin ibtidai sinif müəllimi Elza Abdullayevanın 2"A" sinif şagirdlərinin iştirakı ilə "Xocalı harayı" adlı ədəbi-bədii kompozisiya keçirildi.
Şagirdlərin ifasında Xocalı soyqırımına həsr edilmiş şeirlər söylənildi, mahnılar ifa edildi.
Məqsəd vətənimizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarını yad etmək, böyüməkdə olan nəslə doğma Vətənə sevgi, məhəbbət hissləri aşılamaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək və Xocalı soyqırımı haqqında həqiqətləri çatdırmaqdır.