Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş "Dəyirmi masa" keçirilib

Fevralın 25-də məktəbin kitabxana müdiri Yeganə Quliyevanın təşkilatçılığı ilə Xocalı soyqırımının 28-ci ildönümünə həsr edilmiş "Dəyirmi masa" keçirildi.
Məqsəd şagirdlərdə xalqımıza qarşı törədilmiş faciələr haqqında bilgilərin artırılması, tarixi hadisələrə düzgün rəy vermək bacarığının formalaşdırılması, xalqımızın qəhrəmanlıq salnaməsinin təbliği, Ümumxalq hüzn günlərinin keçirilməsidir.