21 fevral- Beynəlxalq Ana dili gününə həsr edilmiş silsilə tədbirlər keçirilir

Fevralın 20-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Rəna Xəlilovanın təşkilatçılığı ilə "Dəyirmi masa" keçirildi.
"Dəyirmi masa" ətrafında bildirildi ki, ana dili hər bir xalqın milli sərvəti, həmin xalqın varlığının təsdiqidir. Dil millətin formalaşmasında vacib olan amillərdən biridir. Xalqın keçdiyi tarixi yol, onun mədəni səviyyəsi, ilk növbədə, onun dilində öz əksini tapır.
Qeyd edildi ki, Azərbaycan dilinin inkişafında Ulu öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olmuşdur.
Bu gün Azərbaycan dilinin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tribunalarından eşidilməsi Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulan dil siyasəti ilə bağlıdır. Prezident İlham Əliyev də bu siyasəti uğurla davam etdirir.