Növbəti iclas keçirilib

Fevralın 19-da məktəb rəhbərliyinin iştirakı ilə növbəti iclas keçirildi. İclasda təlim-tərbiyə işləri üzrə direktor müavini, tərbiyə işləri üzrə direktor müavini, kitabxana müdiri, psixoloq və Uşaq Birliyi Təşkilatı rəhbəri iştirak edirdi.
İclas zamanı məktəb üzrə tədrisin keyfiyyəti, psixoloji xidmətin təşkilinin vəziyyəti, şagirdlərdə mütaliə vərdişlərinin formalaşdırılması, keçirilmiş tədbirlər, davamiyyət göstəriciləri və digər məsələlər müzakirə edildi.
Rəy və təkliflər irəli sürüldü, bir sıra mühüm qərarlar verildi.