Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının məktəbdaxili mərhələsinin təşkili üçün sınaq imtahanı təşkil edilib

Fevralın 18-də Lütfi Zadə adına Məktəblilərarası Məntiq Olimpiadasının məktəbdaxili mərhələsinin təşkili üçün sınaq imtahanı təşkil edildi.
Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin artmasına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü daha yaxşı inkişaf etmiş şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.