“Azərbaycan qalaları” mövzusunda "Nümunəvi dərs" keçirildi

 Fevralın 18-də məktəbimizdə "Azərbaycan dili və Ədəbiyyat aylığı" çərçivəsində daha bir "Nümunəvi dərs" keçirilmişdir. Bu dəfəki dərsin müəllifi məktəbimizin Azərbaycan dili və ədəbiyyatı müəllimi Hidayət Həsənov olmuşdur. 5a sinfində keçirilən dərsin mövzusu “Azərbaycan qalaları” idi. Azərbaycanın qalaları ilə adlandırılan qruplar, motivasiya qurulduqdan sonra tədqiqat sualı ətrafında fikir mübadiləsi apardı və ardınca mövzunu oxudu. 4 qrupa bölünmüş şagirdlərin  Azərbaycan qalaları haqda zəngin məlumatarla dolu təqdimatları qrup liderləri tərəfindən səsləndirdi. Çox maraqlı keçən dərsdə motivasiyanın yaradılması, şagirdlərin dərslik üzrə işi və müstəqil tədqiqatlar aparmaları, dərsdə iştirakları nəzərə alınmaqla qiymətləndirilmələri də müəllim tərəfindən dərs prosesi ərzində ustalıqla təşkil olundu. Sinifdə işgüzar mühit var idi. Şagirdlər dərsin gedişini maraqla izləyir, verilən tapşırıqlar üzərində həvəslə çalışırdılar. Müəllim öz açıq dərsinin mövzusunu tarix, ədəbiyyat kimi fənlərlə böyük ustalıqla inteqrasiya edərək mövzunu əlaqələndirdi. Dərsi dinləyən məktəb rəhbərliyi və müəllimlər sonda müəllimin fəaliyyətini yüksək qiymətləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi