Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr edilmiş ədəbi-bədii kompozisiya keçirilib

 Fevarlın 14-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Hidayət Həsənovun təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış və bütöv bir ədəbi məktəb formalaşdırmış qüdrətli şəxsiyyət-Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr edilmiş ədəbi-bədii kompozisiya keçirildi.
 Tədbirdə sənətkarın həyat həqiqətlərini, ictimai mühiti hərtərəfli əks etdirən və bədii-estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazları şagirdlər tərəfindən səhnələşdirildi.
 Ana dilinin saflığı uğrunda daim mübarizə aparmış Cəlil Məmmədquluzadənin meydana gətirdiyi qiymətli dram və nəsr əsərlərindən söhbət açıldı.
 Qeyd edildi ki, Azərbaycanda və onun hüdudlarından kənarda azadlıq ideyalarının inkişafına Cəlil Məmmədquluzadə misilsiz töhfələr vermişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi