Metodbirləşmə rəhbərlərinin növbəti iclası keçirilib

 Fevralın 13-də metodbirləşmə rəhbərlərinin iclası keçirildi. Müəllimlərin ustalığının və ixtisas səviyyəsinin artırılması üzrə məqsədyönlü, sistemli, kollektiv və fərdi, nəzəri və praktik fəaliyyətilərin davamlı artırılması istiqamətində metodbirləşmə rəhbərlərinin fikirləri dinlənildi. Bu istiqamətdə inkişaf yönümlü qərarlar qəbul edildi. İclasda fənlərin tədrisinin vəziyyəti, müəllimlərin peşə keyfiyyətlərinin, onların yaradıcı potensialının daim aşkar edilməsi, şagirdlərin fənlərə olan marağının artırılması və qarşıda duran digər məsələlər müzakirə edildi.
 Psixoloji ustalıq - müəllimin praktik fəaliyyəti sayəsində əldə edilən nəticədir. Buna görə də məktəb - müəllimlərlə aparılan bütün metodik işlərin mərkəzində durur. Məktəbdə aparılan metodik işlər ixtisasartırmanın bütün istiqamətlərinin ümumiləşdirilməsi və onların praktikada tətbiqi kimi qiymətləndirilməlidir. Odur ki, pedaqoji kadrların ixtisasının artırılması və yenidən hazırlanması işinin əsaslı şəkildə yaxşılaşdırılması və onun vahid dövlət siyasəti olması dövlətin bu sahədə qəbul etdiyi son qərarlarda öz əksini çox vacib bir məsələ kimi tapır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi