"Unudulmaz obraz" mövzusunda nümunəvi dərs

 Fevralın 7-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Mehman Nəcəfovun 6"C" sinfində "Unudulmaz obraz" mövzusunda nümunəvi dərs keçirildi.
 Nümunəvi dərsin keçirilməsində əsas məqsəd müvafiq fənn üzrə şagirdlərin bilik və bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir.
 Qeyd edək ki, şagirlərin müxtəlif fənlər üzrə bilik, bacarıq və vərdişlərə yiyələnmə imkanlarının artırılması, əməkdaşlıq bacarıqlarının formalaşdırılması məqsədilə il ərzində müxtəlif fənn aylıqlarının keçirilməsi planlaşdırılmışdır. Fevral ayı məktəbdə Azərbaycan dili aylığı elan olunmuşdur.
 Aylıq çərçivəsində məktəbdə divar qəzetlərinin buraxılması, açıq dərslərin keçirilməsi, dərsdinləmələr, müxtəlif tədbirlərin hazırlanması, debat və dəyirmi masaların, ekskursiyaların təşkili, həmçinin şagirdlərin bilik və bacarıqlarının yoxlanılması və monitorinqlərin keçirilməsi nəzərdə tutulmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi