Pedaqoji şuranın növbəti iclası keçirilib

Yanvarın 31-də Pedaqoji Şuranın illik Fəaliyyət Planına uyğun olaraq I yarımilin yekunlarına həsr olunmuş 2019/2020-ci tədris ilinin növbəti Pedaqoji Şura iclası keçirildi.
İclasda I yarımildə pedaqoji sahədəki fəaliyyətinin düzgün və səmərəli təşkilinə görə fərqlənən müəllimlərin adları vurğulandı.
Yarımil ərzində aylıqlar çərçivəsində görülmüş işlərin hesabatları dinlənildi, bir sıra məsələlər müzakirə edildi.
II yarımildə qarşıya qoyulmuş məsələlərə toxunuldu, rəy və təklif irəli sürüldü.