"20 Yanvar faciəsi qəhrəmanlıq səlnaməsidir"

Yanvarın 17-də məktəbin ibtidai sinif müəllimi Lalə İbadovanın 2"B" sinfində "20 Yanvar faciəsi qəhrəmanlıq səlnaməsidir" adlı xüsusi dərs keçirildi.
Dərsin keçirilməsində əsas məqsəd azadlıq mübarizəsinin tarixi səhifələrindən olan 1990-cı il 20 Yanvar hadisələrini, xalqımızın nümayiş etdirdiyi vətən, torpaq, bayraq və azadlıq eşqini bir daha xatırlamaq, gələcək nəsillərə ötürməkdən ibarətdir.