Sinif təşkilat saatları 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilir

Məktəbin ibtidai sinif müəllimi Südabə İsmayılovanın 1"C" sinfində sinif təşkilat saatı 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edildi.
Şagirdlər qanlı faciə haqqında fikirlərini bildirib, 20 Yanvar faciəsinin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini, vətənimizin müstəqilliyi, suverenliyi və azadlığı uğrunda şəhid olanların əziz xatirəsinin qəlblərdə əbədi yaşayacağını vurğuladılar.
Şagirdlər vətənpərlik ruhunda şeirlər söylədilər.