“Şəhidlər xiyabanı and yerimizdir”adlı tədbir keçirildi

 “20 Yanvar faciəsinin otuzuncu ildönümünün qeyd edilməsi barədə” tədbirlər planına əsasən 78 N-li tam orta məktəbdə silsilə tədbirlər təşkil olunub.Belə ki, 20 Yanvar hadisələrinin əks etdirən divar qəzetləri, fotostendlər hazırlanmış, şagirdlərlə vətənpərvərvərlik mövzusunda söhbətlər aparılmış, məktəbin müəllim və şagirdlərdən ibarət heyətlə "Şəhidlər Xiyabanı" ziyarət olunmuşdur. Bu gün silsilə tədbirlərin davamı olaraq məktəbin akt zalında ədəbiyyat müəllimimiz Mehman Nəcəfovun təşkilatçılığı ilə “Şəhidlər xiyabanı and yerimizdir”adlı tədbir təşkil olundu. Tədbirdə şagirdlərimiz şəhidlərin əziz xatirəsinə həsr olunmuş bədii kompozisiyalarla çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi