Tarix yazan şəxsiyyət-Arif Məhərrəmovla görüş

Məktəbimizdə 20 Yanvar faciəsinin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilir. Belə ki, bu gün Azərbaycan xalqının qəhraman oğlu, Ulu Öndər Heydər Əliyevin "Canlı qəhrəmanlıq eksponatı" adlandırdığı 20 Yanvar və Qarabağ əlili Arif Məhərrəmovla görüş təşki olundu. Görüş Dövlət himninin səslənməsi ilə başladı.Sonra Azərbaycan uğrunda canından keçən şəhid və qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad olundu. Daha sonra Arif Məhərrəmovun həyatını əks etdirən "Güllələrin yazdığı avtoqraf" filmindən parçalar nümayiş olundu.Tədbirin davamında qəhrəmanımız çıxış edərək şagirdləri vətəni sevməyə onun bütövlüyü uğrunda döyüşə daim hazır olmağa səslədi. Ardınca Arif Məhərrəmov şagirdlərimizi maraqlandıran sualları cavablandırdı.Sonda məkrəbimizin direktoru Murad Zeynalov çıxış edərək Arif Məhərrəmova dəvəti qəbul edib gəldiyi üçün təşəkkür etdi.