20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş "Dəyirmi masa" keçirilib

Dekabrın 15-də məktəbin tarix müəllimi Sevda Şərifovanın 6"A" sinfində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr edilmiş "Dəyirmi masa" keçirildi.
Dəyirmi masada qeyd edildi ki, Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi.Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirmişdir. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak etmişdir.
Bu hadisə Azərbaycan milli kimliyinin formalaşmasına həlledici təsir göstərib, dövlət müstəqilliyinin bərpa edilməsində dönüş nöqtəsi olmuşdur.Məhz bu faciədən sonra milli azadlıq hərəkatı tam siyasi reallığa çevrilmiş, dönməz xarakter almış, xalq öz gələcəyini yalnız müstəqil Azərbaycanda görmüşdür.