Xankəndinin işğal gününə həsr edilmiş dəyirmi masa

Dekabrın 28-də məktəbin tərbiyə işləri üzrə direktor müavini Xeyrulla Haqverdiyevin təşkilatçılığı ilə 11"A" sinfində Xankəndinin işğal gününə həsr edilmiş dəyirmi masa keçirildi.
Qeyd edildi ki, Xankəndi 28 dekabr 1991-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub və orada separatçı rejim yaradılmışdır. Məhz həmin tarixdə Xankəndindən sonuncu azərbaycanlı ailələr qovulub və 1989-cu ildən şəhərdə soydaşlarımıza qarşı aparılan etnik təmizləmə başa çatmışdır.
Tarixi sənədlərə görə Xankəndi şəhəri XVIII əsrin axırlarında o dövrdə müstəqil Azərbaycan dövlətlərindən biri olan Qarabağ xanlıqlarının xanların istirahəti üçün yaşayış məskəni kimi salınıb. Elə şəhərin adı buradan yaranıb. 1813-ci ilədək bircə nəfər erməninin də yaşamadığı Xandəndində sonralar çar Rusiyası tərəfindən etnik təmizləmə siyasəti aparılıb və bura İrandan köçürülən ermənilər yerləşdirilib.
SSRİ dövründə Xankəndində azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti daha da güclənib, şəhərdə erməni ailələrinin sayı süni surətdə artırılmışdır.