"Valideynin məktəbdə bir günü" layihəsi keçirildi

Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, istər infrastruktur, istərsə də tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 26.11.2019-cu il tarixli F-448 №-li əmrinin icrasının təmin edilməsi məqsədilə dekabrın 19-da “Valideynin məktəbdə bir günü” adlı layihəsi həyata keçirildi.
İlk öncə valideynlər təşkil edilmiş sərgi ilə tanış oldular, dərsdinləmədə iştirak etdilər. Dərsdinləmədən sonra anket sorğu təşkil edildi, valideynlərlə "Məktəb-valideyn-uşaq" mövzusunda söhbətlər aparıldı, rəy və təkliflər irəli sürüldü, 2019-2020-ci tədris ilində görülmüş işlərin hesabatı verildi.
Tədbirin bədii hissəsində şagirdlərin ifasında səhnəciklər nümayiş olundu.
Şeirlər söylənildi, mahnılar ifa edildi.