Müəllimlərlə iclas keçirilib

Dekabrın 17-də buraxılış siniflərinin ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnmə səviyyəsinin öyrənilməsi və şagirdlərin pedaqoji – psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin edilməsi məqsədilə IX siniflərdə Azərbaycan dili, riyaziyyat, ingilis dili fənlərini tədris edən müəllimlərlə iclas keçirildi.
Ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, məktəbin fəaliyyət planına uyğun olaraq buraxılış sinif şagirdlərinin nəticələrinin yaxşılaşdırılması istiqamətində işi səmərəli qurmaq və bu prosesdə məktəbin pedaqoji kollektivinin imkanlarını səfərbər etmək, təlim keyfiyyətinin artırılması istiqamətində səmərəli yanaşmalar, təlimdə keyfiyyətin artırılması üsul və formaları müzakirə edildi.
Belə iclasların mütəmadi keçirilməsinin vacibliyi vurğulandı.