Sabunçu məktəblərində IX siniflər üçün sınaq imtahanı keçirilib

  Dekabrın 14-də 78 nömrəli tam orta məktəbin nəzarəti ilə Sabunçu rayonu üzrə 17 ümumtəhsil məktəbində IX siniflərdə buraxılış imtahanının II mərhələsinə uyğun sınaq imtahanı keçirilib.Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkil etdiyi sınaq imtahanında 78 nömrəli tam orta məktəbin rəhbərliyi və müəllim heyəti imtahan prosesinə nəzarəti həyata keçirib. Məktəbin direktoru Murad Zeynalov bir neçə məktəbdə imtahan prosesini izləyib.

İmtahanın keçirilmə məqsədi şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycan dili, riyaziyyat və xarici dili(rus dili) fənləri üzrə təlim nəticələrinin artırılması, eyni zamanda, məktəb özünüqiymətləndirmənin formalaşdırılmasıdır.

Təlimata əsasən qiymətləndirmə saat 10:00-da başlandı. Qiymətləndirmə üçün ümumi 210 dəqiqə ( 30 dəqiqə hazırlıq, 180 dəqiqə sualların cavablandırılması) sərf olundu. Ayrılmış vaxtın ilk 30 dəqiqəsində şagirdlər onlar üçün müəyyən edilmiş yerdə əyləşdilər, cavab kartları paylandı, cavab kartının düzgün doldurulma qaydası izah edildi və cavab kartları dolduruldu.10:30-da sual kitabçaları paylandı və sualların cavablandırılması üçün 180 dəqiqə vaxt verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi