IX siniflərdə sınaq imtahanı keçirilib

  Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən dekabrın 14-də şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycan dili, riyaziyyat və xarici dili(rus dili) fənləri üzrə təlim nəticələrinin artırılması, eyni zamanda, məktəb özünüqiymətləndirmənin formalaşdırılması məqsədilə məktəbdə Azərbaycan dili, riyaziyyat və xarici dil(rus dili) fənləri üzrə sınaq imtahanı keçirildi.
Təlimata əsasən qiymətləndirmə saat 10:00-da başlandı.
Qiymətləndirmə üçün ümumi 210 dəqiqə ( 30 dəqiqə hazırlıq, 180 dəqiqə sualların cavablandırılması) sərf olundu.
Ayrılmış vaxtın ilk 30 dəqiqəsində şagirdlər onlar üçün müəyyən edilmiş yerdə əyləşdilər , cavab kartları paylandı, cavab kartının düzgün doldurulma qaydası izah edildi və cavab kartları dolduruldu.
10:30-da sual kitabçaları paylandı və sualların cavablandırılması üçün 180 dəqiqə vaxt verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi