"Kirpinin düz sözü" təmsili mövzusunda nümunəvi dərs

  Dekabrın 13-də məktəbin ibtidai sinif müəllimi Nərgiz Xaməmmədovanın 4"A" sinfində Hikmət Ziyanın “Kirpinin düz sözü” təmsili mövzusunda nümunəvi dərs keçirildi.
 Məqsəd müvafiq fənn üzrə şagirdlərin bacarıqlarının daha da yüksəldilməsi, təlim prosesində müasir təlim metodlarının tətbiqi və müəllimlər arasında təcrübə mübadiləsinin aparılmasından ibarətdir. Təmsil şagirdlər tərəfindən həvəslə səhnələşdirildi. Hər şagird müvafiq olaraq aparıcının, ayının, canavarın, tülkünün, kirpinin sözlərini söylədilər. Hər heyvana uyğun müəyyən jest və mimikalardan istifadə edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi